İran təyyarələrini başqa ölkələrə köçürüb

İran təyyarələrini başqa ölkələrə köçürüb backend

İran mülki təyyarələrini Pakistan və Əfqanıstana köçürüb.

Qaziler.az xəbər verir ki, bu barədə "CBS News" yazır.

Nəşrin məlumatına əsasən, Tehran hərbi təyyarələrini İslamabaddan cənubda yerləşən Pakistanın "Nur Xan" hərbi hava bazasına yerləşdirib. Kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün yenidən təchiz edilmiş İranın “RC-130” təyyarəsi də oraya göndərilib.

Qeyd olunub ki, İranın "Mahan Air" aviaşirkəti də özünə məxsus bir neçə təyyarəni Əfqanıstana köçürüb. Döyüş əməliyyatlarının başlaması ilə əlaqədar İranın hava məkanı bağlandıqdan sonra həmin təyyarələr orada qalıb. Daha sonra, Pakistan və Əfqanıstan arasında münaqişənin başlaması səbəbindən bu təyyarələr İranla sərhəddə yerləşən Əfqanıstanın Herat hava limanına köçürülüb.

“Taliban” hökumətinin rəsmi nümayəndəsi Zabihullah Mücahid telekanala verdiyi şərhdə bu məlumatı təkzib edib.

QAZİLER.AZ