"İran parlamenti uranın zənginləşdirilməsi səviyyəsini 90%-ə qədər artırmağı nəzərdən keçirə bilər".
Qaziler.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rzayi “X” sosial mediada məlumat verib. O, bunun ABŞ və İsrailin təkrar hücumu zamanı baş verəcəyini bildirib.
"Təkrar hücum zamanı İran üçün seçimlərdən biri uranın 90%-ə qədər zənginləşdirilməsi ola bilər. Biz bunu parlamentdə müzakirə edəcəyik", — deyə o qeyd edib.
QAZİLER.AZ



