Ukrayna tərəfi Avropaya Moskva ilə sülh danışıqlarının mümkün bərpasına qoşulmağı təklif edib. Söhbət qarşılıqlı atəşkəsi nəzərdə tutan təşəbbüsdən gedir.
Qaziler.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.
Nəşrin məlumatına görə, bu təşəbbüslə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çıxış edib.
Nazirin bildirib ki, hazırda atəşkəs mexanizmi vasitəsilə nizamlanma variantı nəzərdən keçirilir. Sibiqa əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski artıq bir sıra Avropa liderləri ilə bu mövzunu müzakirə edib.
Lakin Kiyev danışıqlar prosesində Avropanı ABŞ-yə alternativ hesab etmədiyini açıq şəkildə bildirib. Sibiqa qeyd edib ki, Avropa ölkələrinin təşəbbüsləri ayrıca bir danışıqlar xətti formalaşdırmamalı, yalnız Vaşinqton tərəfindən koordinasiya edilən diplomatik səyləri tamamlamalıdır.
QAZİLER.AZ



