İŞİD Mosul yaxınlığındakı türk hərbçilərin olduğu Beşika düşərgəsinə hücum zamanı SSRİ istehsalı “Katyuşa” raketlərindən istifadə edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.Qeyd edək ki, İŞİD ötən gün Beşika düşərgəsini atəşə tutub. Hücum zamanı İraq ordusunun 1 əsgəri ölüb, 4 türk hərbçisi isə yaralanıb.