Cenevrədə "Ölümsüz alay"ın yürüşü keçirildi - VİDEO

Cenevrədə "Ölümsüz alay"ın yürüşü keçirildi - VİDEO backend

8 may tarixində İsveçrənin Cenevrə şəhərində "Ölümsüz Alay"ın Qələbə gününə həsr olunmuş xatirə yürüşü keçirildi.

Qaziler.az bildirir ki, tədbirdən görüntülər "İzvestiya" qəzetində dərc edilib.

İştirakçılar Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahının qarşısına toplaşdılar. Onlar Böyük Vətən Müharibəsində vuruşan əcdadlarının fotoşəkillərini gətiriblər.

Tədbirdə insanlar müharibə illərindən mahnılar oxudular və Rusiyanın Cenevrədəki baş konsulu İqor Popova "Xatirə alovu" təqdim edildi.

"İzvestiya" iddia edir ki, ukraynalılar  "Ölümsüz alay"ın Cenevrədə keçirilən yürüşünü pozmağa cəhd ediblər.

QAZİLER.AZ