ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzləri (CDC) hantavirusun yayılmasını qurumun daxili təhlükə şkalası üzrə minimal səviyyə olan 3-cü səviyyəli fövqəladə vəziyyət kimi təsnif edib.
Qaziler.az xəbər verir ki, bu barədə mayın 8-də ABC telekanalı məlumat yayıb.
“Bir neçə ştatın səhiyyə orqanlarının nümayəndələri bildirirlər ki, gəmidə olduqdan sonra ABŞ-yə qayıdan bəzi sərnişinləri hantavirusa yoluxma ehtimalı ilə əlaqədar nəzarətdə saxlayırlar", - məlumatda qeyd olunub.
Qeyd olunur ki, bu səviyyə standart cavab tədbirləri proseduruna uyğundur və əhali üçün riskin aşağı olduğunu göstərir.
Bununla belə, Amerika səhiyyə orqanları epidemioloji vəziyyətin monitorinqini gücləndiriblər.
QAZİLER.AZ



