Harris: İran və ABŞ müharibəsində əsas qalib Rusiyadır

Harris: İran və ABŞ müharibəsində əsas qalib Rusiyadır backend

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris mayın 7-də Rusiyanı Birləşmiş Ştatların İranla apardığı müharibənin əsas qalibi adlandırıb.

Qaziler.az xəbər verir ki, onun çıxışını "Associated Press" (AP) agentliyi öz YouTube kanalında yayımlayıb.

"İran müharibəsində əsas qalibin kim olduğunu bilmək istəyirsiniz? Rusiyadır", — deyə Harris bildirib.

Siyasətçi qeyd edib ki, Amerika lideri Donald Tramp sanksiyaları ləğv edib və bunun sayəsində Moskva hazırda neft satışından pul qazanır.

Harris həmçinin əlavə edib ki, İranla hərbi münaqişə səbəbindən Vaşinqton Yaxın Şərqə artilleriya, döyüş sursatı və hava hücumundan müdafiə (HHM) vasitələri göndərmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, bu resurslar əks halda Ukraynaya yönəldiləcəkdi.

QAZİLER.AZ