İran gərginliyi fonunda Misir qırıcıları BƏƏ-də yerləşdirildi

İran gərginliyi fonunda Misir qırıcıları BƏƏ-də yerləşdirildi backend

Misir Hərbi Hava Qüvvələrinin qırıcılarının BƏƏ-də yerləşdirildiyi bildirilir.

Qaziler.az xəbər verir ki, “Iran Times”in məlumatına görə, BƏƏ-nin rəsmi xəbər agentliyi WAM Misir prezidenti Əbdülfəttah əs-Sisinin ölkəyə səfəri çərçivəsində BƏƏ-də yerləşdirilən Misir qırıcı təyyarə bölməsinə baş çəkdiyini yazıb.

Agentlik qeyd edib ki, görüş zamanı Misir lideri İranın BƏƏ-də mülki şəxsləri və mülki obyektləri hədəf aldığı iddia edilən hücumları pisləyib və Əmirliklərə dəstəyini ifadə edib.

“Asr Iran” isə bildirib ki, Misir mayın 4-dən etibarən BƏƏ-dəki hava bazalarına döyüş bölmələri yerləşdirməyə başlayıb.

Məlumata əsasən, proses çərçivəsində 24 ədəd “Dassault Rafale” və “F-16 Block 52” qırıcılarından ibarət iki eskadrilya, habelə, elektron müharibə dəstək bölmələri Əl-Dhafra hava bazasında fəaliyyətə başlayıb.

QAZİLER.AZ