Səudiyyə Ərəbistanı mənbələri Ər-Riyadın bölgədə gərginliyin azaldılması və böhranın diplomatik yollarla həllini dəstəklədiyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə Səudiyyənin “Əl-Hədəs” telekanalı xəbər verir.
Xəbərdə qeyd olunub ki, krallıq hava məkanının heç bir hücum xarakterli hərbi əməliyyat üçün istifadəsinə icazə verməyəcək.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı münaqişələrin dayandırılması və regional sabitliyin bərpası üçün aparılan diplomatik səyləri dəstəkləməyə davam edir. Eyni zamanda bəzi tərəflərin ölkənin mövqeyini “səhv təqdim etməyə çalışdığı” iddia olunur.
Bu açıqlamalar “Wall Street Journal”ın Səudiyyə Ərəbistanı və Küveytin ABŞ-nin “Azadlıq Layihəsi” çərçivəsində öz hava məkanından istifadə məhdudiyyətlərini yumşaltdığı barədə xəbərindən sonra yayılıb.
QAZİLER.AZ



