Starmer istefa verməyəcəyini elan etdi

Starmer istefa verməyəcəyini elan etdi backend

Böyük Britaniyanın Baş naziri Kir Starmer Leyboristlər Partiyasının regional seçkilərdəki uğursuzluqlarına baxmayaraq, öz postunu vaxtından əvvəl tərk etmək niyyətində olmadığını bildirib.

Qaziler.az “Sky News”a istinadla xəbər verir ki, bu barədə hökumət başçısı özü açıqlama verib.

"Mən getmək niyyətində deyiləm", — deyə Starmer bildirib.

Onun sözlərinə görə, Birləşmiş Krallıq hökuməti həqiqətən də bir sıra səhvlərə yol verib. Buna baxmayaraq, hazırkı Baş nazir növbəti parlament seçkilərinə qədər Leyboristlər Partiyasına rəhbərlik etməyi planlaşdırır.

QAZİLER.AZ