Ukrayna ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə yeni danışıqların vaxtını razılaşdırır və onun xüsusi nümayəndələrinin yazın sonu və ya yayın əvvəlində gələcəyini gözləyir.
Qaziler.az xəbər verir ki, bu barədə Volodimir Zelenski öz” Telegram” kanalında yazıb.
"Zəruri səfərlərin qrafikini razılaşdırırıq və yazla yayın kəsişməsində Kiyevdə Amerika Prezidentinin nümayəndələrini gözləyirik. Ümid edirik ki, bu dəfə planlaşdırılanları həyata keçirmək və diplomatiyanı aktivləşdirmək mümkün olacaq", — deyə siyasətçi bildirib.
Zelenski əlavə edib ki, Ukrayna həmçinin ABŞ ilə hərbi əsirlərin mübadiləsi məsələlərini müzakirə edir və humanitar tapşırıqları həll edir.
QAZİLER.AZ



