Elektrik vurdu, hündürlükdən yıxıldı və sağ qaldı...

Elektrik vurdu, hündürlükdən yıxıldı və sağ qaldı... backend

ABŞ-nin Saffolk şəhərində xilasedicilər elektrik xətti dirəyindən yıxılan 15 yaşlı oğlanı xilas edə biliblər.

Qaziler.az xəbər verir ki, bu haqda WAVY yazır.

Mayın 1-də şəhər yanğınsöndürmə idarəsinə quru otun yanması ilə bağlı zəng daxil olub. Yanğınsöndürənlər hadisə yerinə gedib, yanan otu söndürərkən qəfildən yaxınlıqda bir yeniyetmə aşkar ediblər. O, yerdə hərəkətsiz vəziyyətdə olub.

Məlum olub ki, gənc oğlan elektrik xəttinin dayağına dırmaşıb, yüksək gərginlikli naqilə toxunub və 18 metr hündürlükdən yerə yıxılıb. Elektrik vurması nəticəsində altındakı quru ot alışıb və o, alovun içində qalıb. Bütün bu bədbəxt hadisələrə baxmayaraq, zərərçəkən sağ qalıb.

Hazırda yeniyetmə xəstəxanada müalicə olunur. Həkimlərin sözlərinə görə, onun vəziyyəti stabildir və əhval-ruhiyyəsi yaxşıdır.

QAZİLER.AZ