Bəqayi BƏƏ-ni təhdid etdi: “Aslanın dişləri görünsə…”

Bəqayi BƏƏ-ni təhdid etdi:  “Aslanın dişləri görünsə…” backend

Fars körfəzi və Hörmüz boğazı ətrafında son günlər artan gərginlik və qarşılıqlı insidentlər fonunda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ərəb dilində diqqət çəkən mesaj yayıb.

Qaziler.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, Bəqai paylaşımında belə yazıb:

“Əgər aslanın dişlərinin çıxdığını görsəniz, aslanın gülümsədiyini düşünməyin”.

Məlumata görə, bu açıqlama Hörmüz boğazında və Fars körfəzində baş verən qarşılıqlı toqquşmalar, həmçinin BƏƏ ərazisinə yönəlik hücum iddiaları ilə bağlı gərginliyin artdığı dövrə təsadüf edir.

Son günlər Fuceyrə limanı və BƏƏ-nin digər bölgələrinə edilən hücum iddiaları, eləcə də bölgədə raket və dron qarşıdurmaları regional təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib.

QAZİLER.AZ