Almaniyanın cənub-qərbində, Reynland-Pfalts federal əyalətində yerləşən Sintsiq şəhərində polis genişmiqyaslı əməliyyat keçirr. Buna səbəb "Volksbank" adlı bank filialında insanların girov götürülməsidir.
Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Jurnalistlərin verdiyi məlumata görə, polis əməliyyatı səhər saatlarında başlayıb. Hadisə yerinə polisin xüsusi təyinatlı dəstələri cəlb olunub, helikopterlərdən istifadə edilir.
Hüquq-mühafizə orqanlarının nümayəndəsi nəşrə bildirib ki, girov götürülənlərdən biri inkassator avtomobilinin sürücüsüdür.
QAZİLER.AZ



