Tramp İranı yeni zərbələrlə hədələdi

Tramp İranı yeni zərbələrlə hədələdi backend

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran qısa müddət ərzində Vaşinqtonla razılaşma əldə etməsə, Amerika hərbçiləri əhəmiyyətli dərəcədə daha güclü və sərt zərbələr endirəcəklər.

Qaziler.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"Bu gün biz onlara sarsıdıcı zərbə endirdik və əgər onlar yaxın vaxtlarda razılığa gəlməsələr, gələcəkdə zərbələr daha güclü və sərt olacaq", - o qeyd edib.

O bildirib ki, Amerika esminesləri Hörmüz boğazında İranın hücumundan sonra zərər çəkməyib və İslam respublikasının dəniz blokadasının təmin edilməsinə yenidən qoşulacaq.

"Üç Amerika esminesi atəşə tutulmasına baxmayaraq Hörmüz boğazından uğurla keçib. Gəmilər heç bir zərər görməyib, İran tərəfi isə ciddi ziyan çəkib. Bu üç esmines və onların əla heyəti yenidən bizim dəniz blokadamıza qoşulacaq", - Tramp vurğulayıb.