Latviyada sovet əsgərlərinin qəbiristanlığı təhqir edilib

Latviyada sovet əsgərlərinin qəbiristanlığı təhqir edilib backend

Vandallar Latviyanın İetsava şəhərində sovet əsgərlərinin qəbiristanlığını təhqir ediblər.

Latviyanın İecava şəhərində vandallar sovet əsgərlərinin qardaşlıq qəbiristanlığını təhqir ediblər.

Qaziler.az bildirir ki, bu barədə Sputnik Latviya xəbər verir.

İkinci Dünya Müharibəsi zamanı həlak olan əsgərlər orada dəfn olunublar.

Vandallar xatirə divarından bəzi lövhələri qoparıb, onları sındırıb və dağıntıları yerə atıblar.

Zərər 1944-cü ilin həlak olmuş əsgərlər haqqında üzərində latış və rus dillərində yazı olan bir abidəni də əhatə edib.

QAZİLER.AZ