Finlandiya rayon məhkəməsi yerli sakini rus dilində danışdığına görə parlament üzvlərinin şərəf və ləyaqətini təhqir etməkdə günahkar bilib.
Qaziler.az bildirir ki, bu barədə 7 may tarixində "Yle" məlumat yayıb.
"Cənubi Kareliya Rayon Məhkəməsi 1954-cü il təvəllüdlü kişini şərəf və ləyaqəti təhqir etməkdə günahkar bilib", - deyə məlumatda deyilir.
Zərərçəkənlər Lappeenranta Şəhər Şurasının üzvü, Cənubi Kareliya Regional Şurasının üzvü və yaxınlıqda olan iki uşaq kimi müəyyən edilib.
Məhkum edilmiş şəxs həmçinin şura üzvlərindən birini itələyib və bu səbəbdən o, yüngül bədən xəsarəti yetirməkdə təqsirli bilinib. O, təxminən 1000 avro cərimə olunub və təzminat ödənilməsi qərarı verilib: şəhər şurası üzvünə bədən xəsarəti üçün 400 avro və azyaşlı zərərçəkənə 500 avro.
QAZİLER.AZ



