Ağ Evin mətbuat katibi Livitt qızının dünyaya gəldiyini açıqlayıb
Ağ Evin mətbuat katibi Kerolin Livitt sosial mediada qızı Viviananın dünyaya gəldiyini elan edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu, onun ikinci övladıdır. O, hamiləlik dövründə ona dəstək olan hər kəsə təşəkkür etdi.
"1 mayda Viviana, yəni Vivi ailəmizə qoşuldu və qəlblərimizi sevgi ilə doldurdu", - Livitt yazıb.
Ağ Evin mətbuat katibi qızının sağlam doğulduğunu bildirib. O, uşağı ilə keçirdiyi hər andan zövq aldığını qeyd edib.
QAZİLER.AZ



