SAXAL "Hizbullah" komandirlərindən birinin məhv edildiyini açıqlayıb

SAXAL "Hizbullah" komandirlərindən birinin məhv edildiyini açıqlayıb backend

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın paytaxtı Beyruta endirdiyi zərbələr nəticəsində "Hizbullah"ın "Radvan" adlı elit bölməsinin komandirini məhv edib.

Qaziler.az xəbər verir ki, bu barədə mayın 7-də "Reuters" agentliyi hərbçilərə istinadən məlumat yayıb.

"SAXAL komandirin İsrailin Beyrutun cənub ətrafına endirdiyi zərbə nəticəsində öldürüldüyünü bildirib", - məlumatda qeyd olunub.

Bu zərbə aprelin 17-də atəşkəs rejiminin bərqərar olmasından bəri Təl-Əviv tərəfindən Beyruta edilən ilk hücum olub. Vurğulanır ki, bu hadisə bütövlükdə atəşkəs anlayışına təzyiqi artırır, çünki Livan tərəfi buna cavab olaraq İsrail hərbçilərinə qarşı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum həyata keçirib.

QAZİLER.AZ