ABŞ administrasiyası ölkənin strateji ehtiyatlarını doldurmaq üçün hərbi bazaların və Pentaqonun digər obyektlərinin altında yerləşən neft ehtiyatlarından istifadə etmək imkanını nəzərdən keçirir.
Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat verib.
Agentliyin məlumatına görə, bu təşəbbüs İranla münaqişə fonunda azalan strateji neft ehtiyatlarının bərpası yollarının axtarışı çərçivəsində müzakirə olunur. Qeyd edilir ki, həmin ərazilərdə neft hasilatı enerji resurslarının qiymətinin dərhal aşağı düşməsinə səbəb olmayacaq, lakin Vaşinqtona hasil edilən xammaldan müstəqil şəkildə istifadə etməyə və özəl şirkətlərdən alış asılılığını azaltmağa imkan verəcək.
ABŞ Geoloji Xidmətinin 2025-ci il məlumatlarına əsasən, Pentaqonun və digər qurumların tabeliyində olan federal torpaqlarda təxminən 29,4 milyard barel neft və təxminən 391 trilyon kubfut (təxminən 11 trilyon kubmetr) təbii qaz ehtiyatı cəmləşib.
QAZİLER.AZ



