İngiltərədə cinayətkar yanlışlıqla həbsxanadan buraxılıb

İngiltərədə cinayətkar yanlışlıqla həbsxanadan buraxılıb backend

Britaniya polisi həbsxanadan səhvən azad edilən 57 yaşlı İfedayo Adeyeni axtarır.

Qaziler.az bu barədə "Metro" nəşrinə istinadla xəbər verir.

Nəşr yazır ki, həmin şəxs 2024-cü ilin iyulunda Fransada beş yaşlı oğlu Loris Ncosse Adeyeni anasından qaçıraraq Böyük Britaniya vasitəsilə gizli yolla Nigeriyaya apardığı üçün həbs edilibmiş.

Məhkəmə Adeyeni 12 ay müddətinə azadlıqdan məhrum edibmiş. Lakin cəmi bir gün sonra həbsxana personalı sənədlərdəki səhvə görə onu yanlışlıqla azadlığa buraxıb. Müəssisə rəhbərliyi məhbusun yoxa çıxdığının yalnız iki gündən sonra fərqində olub. Həmin vaxta qədər İfedayo artıq naməlum istiqamətdə qaçıb gizlənib. Kişinin həm Böyük Britaniya, həm də Nigeriya vətəndaşlığı olub. Qeyd olunur ki, bu da ona ölkəni tərk etməkdə kömək edə bilər.

London Metropoliten Polisi qaçaq şəxsin tutulması üçün təcili tədbirlər gördüklərini bildirib. Ədliyyə Nazirliyinin sözçüsü səhvi etiraf edib və bu cür hadisələrin qurbanlara və onların ailələrinə necə böyük stress yaşatdığını başa düşdüklərini ifadə edib.

QAZİLER.AZ