Fitsonun 9 May paradı üçün Moskvaya uçuş marşrutunu açıqlanıb

Fitsonun 9 May paradı üçün Moskvaya uçuş marşrutunu açıqlanıb backend

Slovakiyanın Baş naziri Robert Fitso Qələbə Günü münasibətilə Moskvaya Çexiya, Almaniya, İsveç və Finlandiya vasitəsilə gedəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Slovakiyanın "Marker" nəşri respublikanın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bəzi ölkələrin Fitsonun təyyarəsini öz hava məkanından keçirməyə qadağa qoyması səbəbindən, Baş nazir daha uzun bir trayektoriya ilə uçmalı olacaq.

Nəşrdə qeyd olunur ki, Çexiya, Almaniya, İsveç və Finlandiyanın Slovakiya nümayəndə heyətinin 9 mayda Rusiyaya uçuşuna dair heç bir etirazı olmayıb.

Bundan əvvəl Litva və Latviya Fitsonun Rusiyaya səfərinə mane olmaq qərarına gələrək, Baş nazirin təyyarəsini öz hava məkanından buraxmayacaqlarını bəyan etmişdilər. Fitsonun sözlərinə görə, hər iki ölkə qadağa ilə bağlı onu məlumatlandırıb. Daha sonra Estoniya da öz səmasını bağladığını elan etmişdi.

QAZİLER.AZ