Məşhur fransız jurnalisti Renaud Girard İsrailin keçmiş kəşfiyyat zabiti Rafael Yərusəlmə xəbərdarlıq edib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə o, Fransanın LCI kanalında çıxışında deyib.
Verilişdə İsrailin keçmiş hərbi kəşfiyyat zabiti Rafael Yərusəlm Türkiyə və Qətərin İrandan sonra növbəti məkanlar ola biləcəyini deyib.
Sözügedən açıqlamalara Renaud Girard sərt sözlərlə reaksiya verib:
"Burada İsrailin keçmiş kəşfiyyat zabitinin Türkiyənin başını qoparmaqdan danışdığını görürük. Türk rejimi ilə hər hansı bir yaxınlığım yoxdur. Amma bu, İsrail rəhbərlərinin Yaxın Şərqdəki bütün ölkələrə hücum etmək istəyi, təkəbbürü, ifratçılığı və dəliliyidir. Və bu, çox pis nəticələnəcək. Bunu sizə burada deyirəm. Türkiyə ilə çəkişməyin, bu təkəbbür İsrail üçün çox pis nəticələnəcək”.
Qeyd edək ki, İsrail 2023-cü ildən Qəzzaya hücum edir. 2026-cı ildən isə hücumların istiqamətini İran və Livana istiqamətləndirib.
QAZİLER.AZ



