Yaponiya hökuməti, hazırda faktiki olaraq blokadada olan Hörmüz boğazından istifadə etmədən daşınacaq 20 milyon barel əlavə neftin tədarükü barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə razılaşma əldə edib.
Qaziler.az xəbər verir ki, "Nikkei" qəzetinin verdiyi məlumata görə, bu partiya Oman körfəzində yerləşən və BƏƏ-nin neft yataqları ilə boru kəməri vasitəsilə birləşdirilən Əl-Füceyrə limanından yüklənəcək.
Nəşr qeyd edir ki, sözügedən liman artıq İran tərəfindən dron hücumlarına məruz qalıb. Bu səbəbdən Yaponiya üçün Əl-Füceyrə limanı vasitəsilə təhlükəsiz idxalı təmin etməyə ehtiyacı var.
Bundan əvvəl Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akadzava Parisdə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Hörmüz boğazının faktiki blokadasına baxmayaraq, BƏƏ və Səudiyyə Ərəbistanı yeni yanaşmalar əsasında sabit neft təchizatını təmin edəcəklərinə söz veriblər. O əlavə edib ki, bu ölkələrin köməkçi ixrac kanallarından istifadə etmək variantları var.
QAZİLER.AZ



