Latviyanın şərq hissəsindəki Rezekne şəhərində pilotsuz uçuş aparatı (PUA) neft bazasının ərazisində qəzaya uğrayıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Delfi" portalı məlumat yayıb.
Xilasedicilərin verdiyi məlumata görə, hadisə yerli vaxtla təxminən saat 03:30-da baş verib.
Pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində həmin vaxt neft məhsulları olmayan dörd saxlama çəni zədələnib.
Jurnalistlərin məlumatına görə, təcili yardım xidmətləri hadisə yerində çalışır və Latviya polisi faktla bağlı cinayət işi açıb.
Qeyd edək ki, daha əvvəl "Mash" teleqram kanalı iddia etmişdi ki, Litva, Latviya və Estoniya Ukrayna Silahlı Qüvvələrinin dronlarına Rusiya regionlarına, o cümlədən Sankt-Peterburq və Leninqrad vilayətinə hücum etmək üçün öz hava məkanını açıb.
QAZİLER.AZ



