Macarıstan Ukraynadan Aİ-yə qoşulmaq üçün bu bölgədə dəyişikliklər tələb edir

Macarıstan Ukraynadan Aİ-yə qoşulmaq üçün bu bölgədə dəyişikliklər tələb edir backend

Əgər Ukrayna Transkarpatiyadakı macar azlığının hüquqlarını genişləndirərsə, Budapeşt Kiyevin Avropa Birliyinə qoşulmasına icazə verməyə hazırdır. 

Qaziler.az xəbər verir ki, bunu "Economx" seçkilərdə qalib gələn "Tisa" partiyasının lideri Peter Madyara istinadən bildirib.

Siyasətçinin sözlərinə görə, bu, Ukrayna macarlarının vətənlərinə qayıtmasına imkan verəcək.

"Ukraynanın on ildən artıqdır ki, mövcud olan hüquqlara qoyulan məhdudiyyətləri aradan qaldırmasının vaxtıdır ki, Transkarpatiya macarları bütün mədəni, dil, inzibati və ali təhsil hüquqlarını bərpa edə bilsinlər, Ukraynanın bərabərhüquqlu və hörmətli vətəndaşları olsunlar", - nəşr seçkilərdə qalib gələn "Tisa" partiyasının lideri Peter Madyardan sitat gətirir.

QAZİLER.AZ