Mayın 6-da Macarıstanın Çeçe kəndində 1945-ci ildə Macarıstanın azad edilməsi zamanı həlak olan 569 sovet əsgəri üçün qəbiristanlıq təmirdən sonra açılıb.
Qaziler.az-ın "izvestiya"ya istinadən məlumatına görə, açılış mərasimində Rusiyanın Macarıstandakı səfiri Yevgeni Stanislavov xatırladıb ki, 1945-ci il martın əvvəlində, Macarıstanın nasist işğalından azad edilməsinin son mərhələsində Çeçe yaxınlığında genişmiqyaslı Balaton Müdafiə Əməliyyatının bir hissəsi olaraq şiddətli döyüşlər baş verib.
Stanislavov aydınlaşdırıb ki, Rusiya Müdafiə Nazirliyinin Hərbi Xatirə Ofisinin əməkdaşları 180 həlak olan əsgərin şəxsi məlumatlarını əldə ediblər və ilk dəfə olaraq yeddi kütləvi məzardan 389 nəfərin adını müəyyən ediblər. Mərasim zamanı Rusiya və Belarus səfirliklərinin əməkdaşları, eləcə də Macarıstan ictimai təşkilatlarının nümayəndələri abidənin önünə əklil və gül dəstələri qoyublar.
QAZİLER.AZ



