Mayın 6-da Fransanın Lozer departamentində 61 yaşlı keçmiş stomatoloqun məhkəməsi başlayıb.
Qaziler.az xəbər verir ki, o, bədən xəsarəti ilə nəticələnən hücum, fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunur.
"Radio France"ın məlumatına görə, keçmiş həkim Xose Pereyra Mendes təxminən 40 xəstəyə tibbi zərurət olmadan sağlam dişləri çıxarmaqda və implantlar qoymaqda şübhəli bilinir.
Məlumatlara görə, 2018-2021-ci illər arasında Xose Pereyra Mendes, əslində həyata keçirilməyən 500-dən çox proseduru faturalandırıb və xəstələr üçün onlarla lazımsız prosedur həyata keçirib.
QAZİLER.AZ



