Makron ABŞ və İrana çağırış etdi

Makron ABŞ və İrana çağırış etdi backend

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla söhbətində İran və ABŞ-ı Hörmüz boğazının blokadasını qeyd-şərtsiz ləğv etməyə çağırıb.

Qaziler.az-ın məlumatına görə, Makron bunu X platformasında açıqlayıb.

İran Prezidenti ilə telefon danışığında Fransa lideri münaqişənin gərginləşməsi ilə bağlı narahatlığını bildirib və Tehranın Birləşmiş Ərəb Əmirliklərindəki mülki infrastruktur və bir neçə gəmiyə endirdiyi zərbələri pisləyib.

Makron münaqişənin bütün tərəflərini Hörmüz boğazında tam naviqasiya azadlığını bərpa etməyə çağırıb.

O, əlavə edib ki, Fransa və Birləşmiş Krallıq tərəfindən təşkil edilən çoxmillətli müdafiə missiyası buna kömək etməyə hazırdır.

QAZİLER.AZ