Avstraliyadakı Arqayl su anbarında timsah dörd nəfəri dişləyib.
Qaziler.az bildirir ki, bu barədə "Perth Now" məlumat verib.
60 yaşlarında kişi yerli sakinlər arasında məşhur olan su anbarında üzərkən qəfildən Avstraliyanın nazik burunlu timsahı tərəfindən dişlənib.
Digər üç üzgüçü onun köməyinə tələsib. Onu sürünənin əlindən qurtara biliblər, lakin onlar da xəsarət alıblar. Təcili yardım işçiləri ciddi xəsarət alan şəxsi xəstəxanaya yerləşdiriblər, üç xilasedicisinə isə yerindəcə tibbi yardım göstərilib.
Hadisəyə baxmayaraq, 2 may şənbə günü su anbarında 400 üzgüçünün iştirakı ilə ənənəvi üzgüçülük yarışı keçirilib. İştirakçıların təhlükəsizliyi üçün marşrut dəyişdirilib.
QAZİLER.AZ



