İran Pakistanın vasitəçiliyi ilə ABŞ-yə atəşkəs şərtlərini irəli sürüb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS pan-ərəb telekanalı "Al Mayadeen"ə istinadən məlumat yayıbBəyanatda deyilir: "Tehran şərtlərini irəli sürüb və atəşkəsin bütün cəbhələri əhatə etməli olduğunu təsdiqləyib".
Mayın 6-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazında gəmilərin müşayiət olunmasına yönəlmiş "Azadlıq Layihəsi" (Project Freedom) əməliyyatını dayandırdığını bəyan edib. Onun sözlərinə görə, o, bu addımı Pakistan və digər ölkələrin xahişi ilə, İranla danışıqların başa çatdırılması və sazişin bağlanması imkanlarını dəyərləndirmək üçün atıb.
QAZİLER.AZ



