Çeçenistan Prezidenti Ramzan Kadırov sui-qəsd xəbərlərini təkzib edib. Axar.az xəbər verir ki, Türkiyə mediasını yalan xəbər yaymaqda ittiham edən çeçen lider təbliğatın məqsədli şəkildə həyata keçirildiyini deyib:
“Moskvaya səfərim zamanı Türkiyə telekanalları mənə qarşı sui-qəsd təşkil edildiyini və hadisə nəticəsində yaralandığımı yayıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Günlərdir bu xəbəri tirajlayıb mövzunu müzakirə edirlər. Türklərin döyüş təyyarəmizi vurmaqda səhv etdiyini demişdim və indi də təkrar edirəm. Bu, onların xoşuna gəlmədi. İndi də buna cavab olaraq belə şayiələr yayırlar. Çünki məqsədləri var”.Qeyd edək ki, Kadırova qarşı sui-qəsd təşkil edilməsi xəbəri ilk dəfə Rusiya mətbuatında yayılmışdı. Media çeçen liderin başından yaralandığını açıqlamışdı.