İrana qarşı müharibə başladığı andan etibarən ABŞ-də benzinin orta qiyməti demək olar ki, 50% artaraq bir qallon (3,79 litr) üçün 4,48 dolları keçib.
Qaziler.az xəbər verir ki, bu barədə "Associated Press" Amerika Milli Avtomobil Assosiasiyasının məlumatlarına istinadən xəbər verir.
Agentlik qeyd edir ki, müharibənin ilk günündə ölkədə benzinin bir qallonunun orta qiyməti 2,98 dollar təşkil edirdi. Son bir həftə ərzində qiymətlər daha 31 sent artıb və 2022-ci ilin yayından bəri rekord həddə çatıb. Hazırda ən bahalı benzin Kaliforniya ştatındadır — 6,1 dollar.
Bu artımın əsas səbəbi qlobal enerji böhranı və ABŞ və İsrailin İrana qarşı əməliyyatı nəticəsində yaranan neft qiymətlərinin artmasıdır. Aprelin ortalarında ABŞ-da benzin qiymətləri düşürdü, lakin apreli 13-də Vaşinqtonun İrana qarşı dəniz blokadasına başlaması yanacağın qiymətindən yenidən artıma səbəb olub.
QAZİLER.AZ



