ABŞ-da körpə iki dəfə doğulub

ABŞ-da körpə iki dəfə doğulub backend

ABŞ-nin Florida ştatında bir körpə iki dəfə doğulub.

Qaziler.az bu barədə "The Guardian"a istinadla yazır.

Hamiləliyin 19-cu həftəsində həkimlər dölün tənəffüs yollarının membran tərəfindən bloklandığı nadir vəziyyət — yuxarı tənəffüs yollarının obstruksiyası sindromunu aşkar ediblər. HəkimEmanuel Vlastos 42 illik karyerası ərzində cəmi bir neçə belə halla rastlaşıb.  Onlardan da yalnız üçü uğurla nəticələnib.

Bətndaxili lazer əməliyyatına edilən ilk cəhd uğursuz olub. Bundan sonra Vlastos ekstremal bir variant təklif edib. Qadın hamiləliyin 25-ci həftəsində olarkən, həkim qismən qeysəriyyə əməliyyatı icra edərək körpənin başını və qollarını çölə çıxarıb, lakin bədənini plasentaya bağlı saxlayıb. LOR-cərrah dərhal oğlan uşağının tənəffüs yollarını təmizləyib. Daha sonra körpə yenidən uşaqlıq yoluna yerləşdirilib, ana isə dölü tamamlamaq üçün xəstəxanada qalıb.

Prosedurdan altı həftə sonra körpə, nəhayət, dünyaya gəlib. Onun çəkisi cəmi 1,4 kq olub və dörd ay reanimasiyada qalıb. Hazırda oğlan süni tənəffüs aparatının köməyi ilə nəfəs alır və növbəti əməliyyatlara ehtiyacı var. Valideynləri isə baş verənləri möcüzə adlandırıblar.

QAZİLER.AZ