Kanar adalarının prezidenti Fernando Klavixo İspaniya hakimiyyətini göyərtəsində hantavirus infeksiyası olan kruiz laynerinin limana daxil olmasına icazə verməsini regiona qarşı "tələ" adlandıraraq ittiham edib.
Qaziler.az xəbər verir ki, regionun lideri COPE radiostansiyasına müsahibəsində bu qərar barədə rəsmi şəxslərdən deyil, kütləvi informasiya vasitələrindən xəbər tutduğunu bildirib.
Klavixonun sözlərinə görə, o, arxipelaq sakinlərinin təhlükəsizliyini "kor-koranə" riskə atmaq niyyətində deyil. Həmçinin İspaniya hökumətini kruiz layneri ilə bağlı adekvat məlumat verməməkdə günahlandırıb.
Kanar adalarının prezidenti vurğulayıb ki, İspaniyanın Baş naziri Pedro Sançesin kabineti tərəfindən yaradılmış texniki komissiya, yerli hakimiyyət orqanları ilə lazımi əlaqə qurmadan gəminin limana daxil olmasını "birbaşa" razılaşdırıb.
QAZİLER.AZ



