NATO və BMT də daxil olmaqla beynəlxalq təşkilatlar əhəmiyyətini itirərək supergüclərin dəstəyi və daxili böhranlar səbəbindən getdikcə "zombi" təşkilatlara bənzəyirlər.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” ekspertlərə istinadən yazı dərc edib.
Məqalədə qeyd olunur ki, "1930-cu illərlə 2020-ci illər arasındakı qorxulu bənzərlik" ondan ibarətdir ki, həm o zaman, həm də bu gün sözügedən institutlar "yaşayan ölüləri" xatırladır.
Agentlik xatırladır ki, 1930-cu illərdə Millətlər Liqası belə bir "zombi" sistem idi və formal olaraq mövcud idi, amma böyük dövlətlərin dəstəyindən məhrum idi.
Məqalə müəlliflərinin fikrincə, hazırda "zombi" siyahısına NATO, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Nüvə Silahının Yayılmaması Müqaviləsi (NSY), həmçinin Beynəlxalq Cinayət Məhkəməsi və BMT-nin digər strukturları daxildir.
Bu cür tənəzzülün səbəbləri arasında "Bloomberg" bir çox dövlətlərin bu təşkilatların yaradılarkən əsas götürülən "ruhunu" görməzdən gəlməsini, institutların özlərinin aktuallığını itirməsini və daxili böhranlarla üzləşməsini göstərir. Məqalədə qeyd edildiyi kimi, bütün bunlar mövcud beynəlxalq təşkilatların tədricən "evtanaziya"sına (məhvinə) gətirib çıxarır.
QAZİLER.AZ



