Tokayev Qazaxıstan ordusunu modernləşdirəcəyini bəyan edib

Tokayev Qazaxıstan ordusunu modernləşdirəcəyini bəyan edib backend

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vətən Müdafiəçisi Günü və 9 May Qələbə Günü ərəfəsində keçirilən tədbirdə respublikanın öz maraqlarını "daha sərt mövqelərdən" müdafiə etməyə hazır olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tokayevin sözlərinə görə, Qazaxıstan müdafiə potensialını artırmalı, ordunu gücləndirməli və silahlı qüvvələrdə islahatlar, ilk növbədə isə texnoloji modernləşdirmə aparmalıdır. O, bu dəyişikliklər üçün respublikaya iki il vaxt ayırıb.

Bununla belə, Tokayev Qazaxıstanın sülhsevər ölkə olduğunu vurğulayıb və bütün münaqişələri diplomatik yolla həll etməyə çağırıb.

"Biz müdafiə potensialımızı artırmalı və ilk növbədə silahlı qüvvələrin texnoloji modernləşdirilməsini davam etdirməliyik. Bu, indiki qeyri-sabit, turbulent dövrün tələbidir. Bunu nəzərə alaraq, silahlı qüvvələrimizdə və hərbiləşdirilmiş strukturlarımızda dərin islahatlar aparmaq lazımdır. Bu, strateji əhəmiyyətli vəzifədir", — deyə Tokayev qeyd edib.

QAZİLER.AZ