Tramp çağırış etdi: İdmanla məşğul olun!

Tramp çağırış etdi:  İdmanla məşğul olun! backend

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin may ayını ölkədə milli fiziki hazırlıq və idman ayı elan edib, bütün dövlət qulluqçularını və ölkə sakinlərini formada olmağa çağırıb.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, müvafiq bəyanat Ağ Evin saytında yerləşdirilib.

"Mən 2026-cı ilin may ayını milli fiziki hazırlıq və idman ayı elan edirəm. Dövlət qulluqçularını, müəllimləri, idmançıları və bütün ABŞ sakinlərini idman tədbirlərində iştirak etməyə və fiziki aktivliklə məşğul olmağa çağırıram, bu, xüsusilə ölkəmizin gənclərinə aiddir", — deyə bəyanatın mətnində bildirilib.

ABŞ prezidenti çağırışında qeyd edib ki, mümkün qədər çox amerikalının idmana cəlb olunacağına ümid edir, çünki bu, "millətin gücünün möhkəmlənməsinə" töhfə verməlidir.

QAZİLER.AZ