"Tomahawk" raketlərinin imtinası Avropanın zəif tərəflərini üzə çıxardı

"Tomahawk" raketlərinin imtinası Avropanın zəif tərəflərini üzə çıxardı backend

ABŞ-nin Almaniyada uzaqmənzilli "Tomahawk" raketlərini yerləşdirməkdən imtina etməsi Avropanın Rusiyaya qarşı hərbi planlarını poza bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "Financial Times" NATO nümayəndələrinə istinadən məlumat dərc edib.

Nəşrdə qeyd olunub ki, bu qərar Avropa ölkələrinin bu sahədəki maneə törətmə qabiliyyətlərinin çatışmazlığını və məhdud imkanlarını ortaya qoyub.

Avropa İttifaqı ölkələrinin silahlanmasında olan "Taurus" və "Storm Shadow" uzaqmənzilli raketləri daha az mənzilə malikdir və onların ehtiyatları məhdud olaraq qalır. Yeni silah sistemlərinin hazırlanması isə ən tez 2030-cu illərdə gözlənilir.

NATO nümayəndələri nəşrə bildiriblər ki, "bu disbalans Avropanın Rusiyanı çəkindirmə imkanlarını məhdudlaşdırır və hərbi planlaşdırmanı çətinləşdirir.

QAZİLER.AZ