Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələnib - FOTO

Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələnib - FOTO backend

Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub.

Qaziler.az Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib.

Məlumata görə, o, əməliyyat olunub, hazırda reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır.

Keçmiş xarici işlər naziri və AK Partiyanın Antalya millət vəkili Mövlud Çavuşoğlunun hazırda xaricdə olduğu və məsələ ilə əlaqədar xəbərdar edildiyi bildirilib.

Hadisə ilə bağlı polis tərəfindən geniş araşdırma başladılıb.