Pentaqon İranda quru əməliyyatı ehtimalına münasibət bildirib: ABŞ-ın desant qüvvələri hazırdır

Pentaqon İranda quru əməliyyatı ehtimalına münasibət bildirib: ABŞ-ın desant qüvvələri hazırdır backend

ABŞ-ın desant qüvvələri istənilən vaxt quru əməliyyatlarına başlamağa hazır vəziyyətdədir.

Apa xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu hərbi bölmələr əmr veriləcəyi təqdirdə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən döyüş zonasına eniş edərək strateji əraziləri ələ keçirmək qabiliyyətinə malikdir.

“Bu desantçılar daim hazır vəziyyətdədirlər ki, əmr veriləcəyi təqdirdə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən yerüstü döyüş zonasına eniş etsinlər və mühüm əraziləri ələ keçirsinlər. Onlar bunu İkinci Dünya müharibəsi zamanı Siciliya və Normandiya əməliyyatlarında sələflərinin etdiyi kimi həyata keçirə bilərlər”, - general vurğulayıb.