Çindən ABŞ-yə çağırış: "Kubanın blokadasını dərhal dayandır"

Çindən ABŞ-yə çağırış: "Kubanın blokadasını dərhal dayandır" backend

Çin hakimiyyəti Kubanı dəstəkləyir və ABŞ-nin antikuba sanksiyalarını sərtləşdirməsini beynəlxalq hüququn kobud şəkildə pozulması hesab edir.

Qaziler.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Birləşmiş Ştatlar Kubaya qarşı qanunsuz birtərəfli sanksiyaları gücləndirməklə Kuba xalqının yaşamaq və inkişaf hüquqlarını, habelə beynəlxalq münasibətlərin fundamental normalarını ciddi şəkildə pozur”, — deyə Çin xarici siyasət idarəsinin saytında dərc olunan şərhdə bildirilir.

Bu şərh, ABŞ prezidenti Donald Trampın 1 may tarixində Kubanın Vaşinqtonun milli təhlükəsizliyi və xarici siyasəti üçün guya təhlükə yaratması bəhanəsi ilə Latın Amerikası ölkəsinə qarşı məhdudiyyətlərin əhatə dairəsini genişləndirən fərman imzalaması ilə bağlıdır.

Çin XİN-in məlumatında vurğulayıb ki, Pekin dövlət suverenliyinin və təhlükəsizliyinin qorunması işində Kubanı qətiyyətlə dəstəkləyir və onun daxili işlərinə qarışmağın əleyhinədir.

“Çin tərəfi israr edir ki, ABŞ dərhal Kubanın blokadasını və ona qarşı sanksiyaları dayandırsın, ona qarşı hər hansı məcburetmə tədbirləri və təzyiq tətbiq etməkdən əl çəksin”, — deyə şərhdə vurğulanır.

QAZİLER.AZ