İraq neft qiymətlərini kəskin şəkildə aşağı saldı

İraq neft qiymətlərini kəskin şəkildə aşağı saldı backend

İraq, regionda vəziyyətin gərginləşməsi fonunda xammalı Hörmüz boğazı vasitəsilə daşımağa hazır olan alıcılar üçün neft qiymətlərini kəskin şəkildə aşağı salıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, İraqın Dövlət Neft Marketinq Şirkəti (SOMO) may ayı tədarükləri üçün "Basrah Medium" markalı neftin rəsmi qiymətinə bir barel üçün 33,4 dollara qədər endirim təklif edib. Bununla belə, alıcılar xammalın Hörmüz boğazı vasitəsilə çıxarılmasını müstəqil şəkildə təmin etməlidirlər.

"Bloomberg" yazır ki, təklif olunan bu endirimlər Bağdadın dünya neft bazarındakı risklər və məhdudiyyətlər şəraitində ixracı stimullaşdırmaq istəyini əks etdirir.

Daha əvvəl İraq, anbarların dolması və İran ətrafındakı münaqişənin yaratdığı ixrac problemləri səbəbindən neft hasilatını azaltmışdı. Agentlik qeyd edir ki, tədarükün bir hissəsi Türkiyə vasitəsilə boru kəməri ilə həyata keçirilməyə davam etsə də, bu həcmlər dəniz daşımalarından əhəmiyyətli dərəcədə aşağı qalır.

QAZİLER.AZ