Madrid Hörmüz boğazında hərbi əməliyyatda iştirak etməyəcək

Madrid Hörmüz boğazında hərbi əməliyyatda  iştirak etməyəcək backend

İspaniya hökuməti ölkənin Hörmüz boğazında hər hansı güc əməliyyatında iştirakı ehtimalını istisna edir.

Qaziler.az xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares bəyan edib.

Onun sözlərinə görə, "bu vəziyyətin hərbi həlli yoxdur".

"Danışıqlar masasına qayıtmaq lazımdır", - deyə XİN rəhbəri TVE teleşirkətinə verdiyi müsahibədə qeyd edib.

“Diplomatiyadan başqa həll yolu yoxdur. Hazırda BMT bayrağı altında əməliyyat üçün minimum şərtlər mövcud deyil. Biz hər hansı güc əməliyyatında iştirakı və eskalasiyaya səbəb ola biləcək hər hansı hərəkəti tamamilə istisna edirik", - deyə nazir əlavə edib.

QAZİLER.AZ