Avropa İttifaqının diplomatik xidmətinin baş katibi Belen Martinez Karbonel, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən başladılan səlahiyyət bölgüsündən sonra vəzifəsindən getməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə "Politico" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, istefanın dəqiq vaxtı hələ müəyyən edilməyib. Ehtimal olunur ki, o, Latın Amerikasında yeni bir vəzifəyə təyin edilə bilər. Karbonel bu vəzifəni ötən ilin fevralında Stefano Sanninonun yerinə keçərək tutub.
"Politico" qeyd edir ki, vəzifə bölgüsü Kallasın təşəbbüsü ilə həyata keçirilən islahatların nəticəsidir. Bu islahatlar çərçivəsində, Karbonelin diplomatik korpusda bəzi funksiyalarının həvalə edildiyi yeni rəhbər vəzifə yaradılıb.
QAZİLER.AZ



