Avropanın nə üçün Ukraynaya ehtiyacı var? - Stubb açıqladı

Avropanın nə üçün Ukraynaya ehtiyacı var? - Stubb açıqladı backend

Avropanın Rusiyanı "çəkindirmək" üçün Ukraynaya ehtiyacı var, çünki münaqişə başa çatdıqdan sonra belə təhdid aradan qalxmayacaq.

Qaziler.az xəbər verir ki, bu fikirləri Finlandiya Prezidenti Aleksandr Stubb “Helsingin Sanomat”a verdiyi müsahibədə səsləndirib.

Onun sözlərinə görə, Ukraynanın Avropa üçün nələr edə biləcəyini soruşmaq lazımdır. Finlandiya prezidentinin qiymətləndirməsinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri qitənin "ən böyük və ən müasir" ordusudur.

"Avropanın Rusiyanı cilovlamaq üçün Ukraynaya ehtiyacı var, çünki müharibə bitdikdən sonra belə Rusiya təhlükəsi yox olmayacaq. Ukraynanın həm Aİ, həm də NATO üzvü olması bizim xeyrimizə olardı", — deyə Stubb bildirib.

QAZİLER.AZ