İran Hörmüz boğazında ABŞ gəmilərini atəşə tutublar

İran Hörmüz boğazında ABŞ gəmilərini atəşə tutublar backend

ABŞ-nin iki esminesi — “USS Truxtun” və “USS Mason” Hörmüz boğazından keçərkən İran tərəfindən atəşə tutulub. Hücuma baxmayaraq, gəmilər hərəkətlərinə davam edərək Fars körfəzinə daxil olublar.

Qaziler.az xəbər verir ki, bu barədə “CBS News”a Pentaqonun adının açıqlanmasını istəməyən nümayəndələri məlumat verib.

Mənbələrin dəqiqləşdirdiyinə görə, boğazdan keçid zamanı esmineslərə qarşı davamlı və intensiv atəş açılıb. Gəmiləri “Apache” zərbə helikopterləri və digər aviasiya vasitələri müşayiət edib. Hücum nəticəsində gəmilərin heç biri zədə almayıb.

QAZİLER.AZ