Braziliyada təyyarə yaşayış binasına çırpılıb: Ölənlər var - VİDEO

Braziliyada təyyarə yaşayış binasına çırpılıb: Ölənlər var - VİDEO backend

Braziliyanın şimal-şərqindəki Belu-Horizonte bölgəsindəki Silverya rayonunda  bir mühərrikli kiçik təyyarə yaşayış binasına çırpılıb.

Qaziler.az bildirir ki, təyyarə qəzasının görüntüləri Shot Telegram kanalı tərəfindən paylaşılıb

Təyyarə yerli vaxtla saat 12:16-da Pampulya hava limanından havaya qalxıb.

Təyyarədə beş nəfər olub. İki pilot həlak olub, üç sərnişin yaralanaraq xəstəxanaya yerləşdirilib.

Binada olanlardan heç kim xəsarət almayıb.

Bütün sakinlər yanğınsöndürmə idarəsi tərəfindən binadan təxliyə edilib.

QAZİLER.AZ