Xristian-Demokrat İttifaqından (XDİ) olan Bundestaq deputatı Roderix Kizevetter Avropanı Ukrayna ilə birlikdə Amerikanın "Tomahawk" raketlərinin analoqunu yaratmağa çağırıb.
Qaziler.az xəbər verir ki, onun sözlərini ARD telekanalı sitat gətirib.
ABŞ-nin Almaniyada uzaqmənzilli "Tomahawk" raketlərini yerləşdirməkdən imtina etməsini şərh edən deputat, Avropanı təcili olaraq öz alternativini hazırlamağa səsləyib.
"Çıxış yolu budur ki, Ukrayna ilə birgə buna bənzər nəsə hazırlansın ki, 2030-cu ilə qədər belə sistemlər artıq hazır olsun", – deyə Kizevetter bildirib.
Siyasətçi bəyan edib ki, ABŞ-nin Almaniya ərazisində Amerika raketlərini yerləşdirməkdən imtina etməsi, Amerika kontingentinin 5000 nəfər azaldılacağı barədə anonsdan daha ciddi bir çağırışdır.
QAZİLER.AZ



