İsveç Rusiyaya məxsus gəmini saxladığını bəyan edib

İsveç Rusiyaya məxsus gəmini saxladığını bəyan edib backend

İsveç öz sularında "Rusiyanın kölgə donanması"na məxsus olduğu iddia edilən gəmini saxlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə İsveç mülki müdafiə naziri Karl-Oskar Bolin "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, "Jin Hui" adlı gəmi saxta bayraq altında üzməkdə şübhəli bilinir. Sözügedən gəmi Avropa İttifaqı, Böyük Britaniya və Ukraynanın sanksiya siyahısındadır.

"BILD" nəşri yazır ki, 182 metr uzunluğunda olan gəmi aprelin 3-ü günorta saatlarında İsveç sularında, Trelleborq liman şəhəri yaxınlığında dayandırılıb. Sahil mühafizə xidməti gəminin Suriya bayrağı altında hərəkət etdiyini, göyərtəsində "böyük ehtimalla" heç bir yük olmadığını və hədəfinin məlum olmadığını bildirib.

Hazırda gəminin dənizçilik üçün yararlı olub-olmaması ilə bağlı araşdırma aparılır.

QAZİLER.AZ